Kamal Umudlu Slovakiya – İngiltərə matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Kamal Umudlu 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyununa təyinat alıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Kamal Umudlu Avropa çempionatının (U-21) seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.

Slovakiya – İngiltərə oyunu noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək. D qrupunun görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qeyd edək ki, bu, D qrupunun iki liderinin görüşü olacaq. Belə ki, 5 oyuna 13 xal toplamış Slovakiyanın 21 yaşlıları hazırda qrup lideridirlər. İngiltərənin U-21 yığması isə 4 oyuna 12 xal toplayıb və hazırda ikinci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: