Kannavaro müasir futbol haqda: “İndi mədəniyyət aşılanmır”

İtaliya futbolunun əfsanəsi, keçmiş müdafiəçi Fabio Kannavaro müasir futbol haqda şəxsi qənaətini açıqlayıb.

Arena.az “Calciomercato” dərgisinə istinadən, keçmiş futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“İndi belə bir fikir qəbul edilir ki, oyunun estetikası nəticələrdən vacibdir. Amma biz oyunlarda səbr mədəniyyətini öyrətməyə xitam vermişik. Bu isə bizə, nəticələr nöqteyi-nəzərindən baha başa gəlir”, deyə Kannavaro italyan futboluna eyham vurub.

Xatırladaq ki, daha əvvəl İtaliya futolunun digər bir əfsanəsi, keçmiş qapıçı Canluici Buffon italyan futbolunun ənənələrinin it-bat edilməsini əsas gətirərək, İtaliya yığmasını tənqid etmişdi. “Cici” “skuadra adzurra”nı ənənəvi italyan müdafiə üslubuna xilaf çıxmaqda və ispan futbolunu yamsılamaqda təqsirləndirmişdi.

Sosial şəbəkərlədə, Kannavaro və Buffonun qənəaətləri böyük dəstəklə qarşılanıb. Azarkeşlər İtaliya yığmasının mötəbər yarışldardan kənarda qalmasını əsas gətirirblər. Məsələn, “skuadra adzurra” DÇ-2018 və DÇ-2022-dən kənarda qalması ilə diqqət çəkmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: