Almaniyanın “Borussiya” (Dortmund) klubunun Yunanıstandan olan futbolçusu Konstantinos Karetsas xəstəxanaya yerləşdirilib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Belə ki, yarımmüdafiəçi İspaniyanın “Vilyarreal” komandasına 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun oyunundan sonra xəstəxanaya aparılıb. Buna 18 yaşlı oyunçunun səhhətinin pisləşməsi səbəb olub. O, sözügedən matçın ilk hissəsində özünü pis hiss edib və meydana uzanıb. Tibbi yardım göstərildikdən sonra futbolçu 27-ci dəqiqədə əvəzlənib. Futbolçunun qan dövranı ilə bağlı probemlə üzləşdiyi qeyd olunub.
Xatırladaq ki, Konstantinos Karetsas cari ilin avqustunda “Genk”dən transfer edilib.
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Dortmund “Borussiya”sında Rami Bensebaini isə zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bensebaini avqustda “Bayern”ə qarşı keçirdikləri super kubok matçında qabırğasından zədə aldığı üçün sıradan çıxmışdı.
Xatırladaq ki, “Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.


