“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə mümkün təyinatı ilə bağlı şayiələri cavablayıb.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mənim gələcəyimə gəlincə, bu haqda “Real”la müqaviləm öz sözünü deyir. Mənim əlavə edəcəyim hər hansı xüsus yoxdur. Mən Braziliyanı sevirəm, onun futbolçularını və azarkeşlərini də, amma mənim “Real”la müqaviləm var”, deyə Karlo Ançelotti bildirib.
Xatırladaq ki, Braziliya Futbol Konfederasiyası (CBF) braziliyalı mütəxəssis Dorival Junioru “selesao”nun sükanı arxasından uğursuz nəticələrə görə qovub. Bu mənzərədə mətbuat Karlo Ançelottini Braziliya millisinə baş məşqçi “təyin edib”.
Əlavə edək ki, Braziliya millisinin tarixi ərzində “selosao”nu heç vaxt əcnəbi mütəxəssislər çalışdırmayıblar.


