Karlo Ançelotti: “Real”ı Xabi Alonso çalışdıracaq”

Məlum olduğu kimi, 65 yaşlı italyan mütəxəssis Karlo Ançelotti “Real”ın sükanı arxasından ayrılıb və Braziliya millisini çalışdıracaq.

Arena.az məlumat verir ki, “Real”dan ayrılmasına həsr edilmiş mətbuat toplantısında Ançelotti “qaymaqlılar”ın sükanı arxasına təyin ediləcəyi haqda məlumat olan 43 yaşlı ispan mütəxəssis Xabi Alonsoya səslənib:

“Növbəti məşqçi üçün məsləhətim? Mən məsləhətlər vermək istəmirəm, hər kəsin öz üslubu var. Amma “Real”dakı vaxtdan zövq alın. Məndən sonra ilk məşqçi Xabi Alonso olacaq, mən isə ona dünyada ən yaxşısını diləyirəm. O, Madrid “Real”ını çalışdırmaq üçün bacarıqlara malikdir. Bundan zövq alın. Bax, mən bunu demək isətyirəm”, deyə Karlo Ançelotti vurğulayıb.

Xatırladaq ki, Xabi Alonsonun mayın 26-da “Real”ın baş məşqçisi olaraq təqdim ediləcəyi haqda məlumat var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: