İtaliyanın “Montsa” klubunun sol cinah müdafiəçisi Karlos Auqusto bundan sonra A Seriyasının digər təmsilçisi “İnter”in formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
Milan klubu 24 yaşlı braziliyalı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Karlos Auqusto Braziliyanın “Korintians” klubunun yetirməsidir. O, “Montsa”ya 2020-ci ilin sentyabr ayında 4,2 milyon avro qarşılığında keçmişdi. Müdafiəçi A Seriyası təmsilçisində bütövlükdə 107 oyun keçirib, 12 qol və 11 assistlə yadda qalıb.
“Montsa” hücumçusu Davide Diavı da “Bari”yə icarəyə verib. Seneqal əsilli italiyalı futbolçu bu mövsümün sonuna kimi “Bari”də çıxış edəcək. 31 yaşlı forvard əvvəlki mövsümlərdə “Viçentsa” və “Modena”da da icarədə olub. 2021-ci ildən “Montsa”da çıxış edən futbolçu bu komandada cəmi 20 oyuna çıxıb və 1 qol vurub. O, “Çitadella”, “Virtus Entella”, “Polisportiva Tamai” və “Pordenone” kimi klubların da formasını geyinib.


