Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Parma” komandasının baş məşqçisi Karlos Kuesta klubla yollarını ayırıb.
Arena.az xəbər verir ki, İtaliya klubu 31 yaşlı mütəxəssislə əməkdaşlığın qarşılıqlı razılaşma əsasında dayandırıldığını açıqlayıb.
Klubun yaydığı bəyanatda tərəflərin peşəkar əməkdaşlığı davam etdirmək üçün lazımi əsasların, xüsusilə də idman layihəsinin həyata keçirilməsi baxımından, artıq mövcud olmadığı bildirilib.
Xatırladaq ki, Karlos Kuesta 2025-ci ilin yayında “Parma”ya rəhbər təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm İtaliya çempionatını 13-cü pillədə başa vurub.
Cari mövsümdə isə 5 turdan sonra 4 xal toplamış “Parma” turnir cədvəlində 20 iştirakçı arasında 15-ci yerdə qərarlaşıb. Komanda keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.


