Kay Haverts Premyer Liqaya “alman damğası”nı vurdu

“Arsenal”ın alman yarımmüdafiəçisi Kay Haverts İngiltərə Premyer Liqasında alman futbolçular arasında mövsümün məhsuldarlıq rekordunu vurub.

Arena.az məlmat verir ki, müvafiq nailiyyət İngiltərə Premyer Liqasında 20 komandanın iştirakı ilə keçirilən yarışlar çərçivəsində keçərlidir.

Haverts Premyer Liqanın 38-ci turunda “Everton”a qarşı oyunda komandasının qələbə qolunu vurub. Beləliklə Haverts cari mövsümdə Premyer Liqa çərçivəsində keçirdiyi 37-ci oyununda 13-cü qolunu vurmuş olub. Alman yarımmüdafiəçinin hesabında Premyer Liqa oyunlarında həmçinin 7 məhsuldar ötürmə var. Beləliklə, Havertsin bu nailiyyəti 1995/1996-cı illər mövsümündən bəri İngiltərə Premyer Liqasında alman futbolçuların əldə etdiyi ən yaxşı nəticədir.

Xatırladaq ki, “Arsenal” 2023/2024-cü illər mövsümü İngiltərə Premyer Liqasını 89 xalla 2-ci pillədə başa vuraraq, gümüş medalın sahibi olub.

Kay Haverts “Arsenal”a 2023-cü ilin iyulunda 75 milyon avro müqabilində “Çelsi”dən keçib. Alman futbolçunun “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövümdə Haverts “Arsenal”ın heyətində bütün yarışlarda 51 oyuna çxııb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Alman futbolçu topçularla 2023/2024-cü illər mövsümü İngiltərə Super Kubokunun qalibi olub.

Kay Haverts 2018-ci ilin sentyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 15 qol, 14 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı alman hücumameylli yarımmüdafiəçi Kay Havertsin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: