“Kayserispor” Hamza Hamzaoğlu ilə vidalaşdı

Türkiyənin “Kayserispor” klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubla Hamzaoğlu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın uğursuz nəticələri səbəb olub.

Hamza Hamzaoğlu cəmi bir ay öncə Kayseri təmsilçisinə baş məşqçi təyin olunmuşdu.

“Kayserispor” bu mövsüm Super Liqada keçirdiyi 35 oyunda 35 xal toplayıb və 21 kollektiv arasında 19-cu sırada qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: