Kazemiro daha 4 il “Real”da!

İspaniyanın “Real” klubu yarımmüdafiəçisi Kazemiro ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Kazemiro 2013-cü ildən “Real”da çıxış edir. O, bu klubun əsas komandasında meydana çıxdığı 288 matçda 30 qola imza atıb. Peşəkar karyerasına “San Paulo”da başlamış 29 yaşlı futbolçu, 2014/15 mövsümündə “Portu”da icarədə də oynayıb. Braziliya yığmasında 56 matç keçirmiş yarımmüdafiəçi, 4 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: