Kazemiro İspaniyada futbol klubunun səhmdarı oldu

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro İspaniyanın “Marbelya” Futbol Klubunun səhmdarına çevrilib.

Arena.az bu barədə “Marbelya”nın mətbuat xidmətinə istinadən məlumat verir:

“Marbelya” Futbol Klubu, “Mançester Yunayted”in, Braziliya millisinin ulduzu və Çempionlar Liqasının beşqat qalibi Kazemironun bu gündən etibarən şirkətimizin yeni səhmdarı olduğunu elan etməkdən məmnundur.

Kazemironun “Marbelya” FK layihəsi üçün göstərdiyi həvəs və öhdəlik onun klubun səhmdarlıq quruluşuna daxil olması ilə aydın görünür. Təkcə “Marbelya” deyil, bütün şəhər fəxr edir ki, dünya səviyyəli bir idmançı bizim komandaya cəlb olunmaq istəyir. “Marbelya”ya xoş gəlmişsiniz”, – klubun bəyanatında deyilir.

Öz növbəsində, Kazemiro da bu münasibətlə açıqlada verib:

“Marbelya” Futbol Klubuna qoşulmaqdan şərəf duyuram, çünki mənim ən böyük ilham mənbəyim klubun təsirli böyümə imkanlarıdır. Mən ailəmlə bir neçə dəfə Marbelyada olmuşam və hər iki övladım, həyat yoldaşım və mən ömürlük bağlı olmaq istədiyimiz bu şəhərə aşiqik. Şübhəsiz ki, biz birlikdə Marbelyanı zirvəyə aparmağı xəyal edəcəyik, lakin indi biz ilk növbədə möhtəşəm yüksəlişimizdən həzz almalıyıq”, – klubun mətbuat xidməti Kazemirodan sitat gətirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: