Kazemiro “Real”ı “Mançester Yunayted”ə niyə dəyişib?

“Mançester Yunayted”in dayaq yarımmüdafiəçisi Kazemiro Madrid “Real”ından İngiltərə klubuna keçidi haqda danışıb.

Arena.az bu barədə “Placar”a istinadən məlumat verir.

“Əvvəlcə, ailəmlə söhbətləşdim və onlar dərhal razılaşdılar. Mənim zirvədə və hələ kifayət qədər iradə gücüm olduğu bir yaşda yüksək səviyyəli klubu tərk etmək şansım vardı. İki-üç ildən sonra mən daha, “Real”dan başqa bir böyük kluba getməzdim, çempionatı dəyişmək və başqa böyük komandaya keçmək üçün lazımi iddialarım olmayacaqdı.

Premyer Liqada oynamaq istəyim də mühim rol oynadı. Və ən sevindirici məqam odur ki, Premyer Liqa mənim onu təsəvvür etdiyim kimi idi. Burada asan oyunlar yoxdur: lider belə, sonuncu komanda ilə oynayanda kimin qalib gələcəyi hələ də bəlli deyil. Yalnız 90% gücünlə oynasan, məğlub olacaqsan.

Karyeramda məqsədim Braziliya millisi ilə Dünya Kubokunu qazanmaq və “Mançester Yunayted”i zirvəyə qaytarmaqdır”, deyə Kazemiro bildirib.

31 yaşlı Kazemiro “Mançester Yunayted”ə 2022-ci ilin yayında keçib.

Geridə qalmış mövsümdə yarımmüdafiəçi “qırmızı şeyranlar”ın heyətində 51 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Kezemironu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: