Kenten Merlen Marsel “Olimpik”ində – 10 milyonluq transfer

Fransanın “Nant” klubunun sol cinah müdafiəçisi Kenten Merlen bundan sonra Marsel “Olimpik”inin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Marsel “Olimpik”i 21 yaşlı fransalı futbolçunu 10 milyon avro qarşılığında heyətinə qatdığını açıqlayıb. Onunla 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Merlen yeni komandasında 3 nömrəli formanı geyinəcək.

Kenten Merlen “Nant”ın öz yetirməsidir. O, 2021-ci ilin yayından bu klubun əsas komandasında forma geyinirdi. Merlen bu komandanın heyətində bütövlükdə 81 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Müdafiəçi Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, hələ əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: