Kevin Medina 100-ə çatdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 6-cı turu Kevin Medina üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, “Qarabağ”ın kolumbiyalı müdafiəçisi Azərbaycan çempionatında 100-cü oyununu keçirib. Onun yubileyi “Qəbələ” ilə ev matçına (2:0) təsadüf edib. Cənubi amerikalı futbolçu start heyətində çıxdığı qarşılaşmada 90 dəqiqə meydanda olub.

32 yaşlı arxa xətt oyunçusu Premyer Liqada yalnız “Qarabağ” klubunun formasını geyinib. O, 2020/2021-ci illər mövsümündə debüt etdiyi çempionatda 2 qola da imza atıb.

Qeyd edək ki, Kevin Medina Azərbaycan çempionatlarının yüksək dəstəsində 100 və daha çox oyun keçirmiş 443-cü futbolçu kimi tarixə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: