İspaniyanın “Xetafe” komandasının baş məşqçisi Kike Sançes Flores klubla yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında iki illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu ilin 30 iyununa qədər idi.
Kike Sançes Flores 2021-ci ilin oktyabrından “Xetafe”yə rəhbərlik edir. 57 yaşlı mütəxəssis daha öncə də iki dəfə bu komandanın baş məşqçisi olub. O, ilk dəfə 2004/05 mövsümündə sözügedən kollektivə rəhbərlik edib. “Xetafe” 2015-ci ildə də ispan məşqçinin xidmətinə ehtiyac duyub. Bu mövsüm o, komandanı elitada saxlamağı bacarıb. Belə ki, 38 oyunda 39 xal toplayan komanda 20 iştirakçı arasında 15-ci olub.


