Kilian Mbappe 2027-ci ildə “Real”dan ayrılmaq istəyir

Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe 2027-ci ilin yayında İspaniyanın “Real” (Madrid) klubundan ayrılmaq istəyir.

Arena.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, 27 yaşlı futbolçu “Real”an məyus olub və 2027-ci ildə Madrid klubunu tərk etməyi planlaşdırır. Bildirilir ki, klub rəhbərliyi də Mbappenin bu qərarına mane olmaq niyyətində deyil.

Fransalı hücumçunun karyerasını İngiltərə çempionatında davam etdirmək istədiyi qeyd olunur.

İspaniya mətbuatında daha əvvəl Mbappenin “Real” rəhbərliyinə qəzəbləndiyi barədə xəbərlər yayılmışdı. Buna səbəb klubun futbolçunun “Qızıl top” mükafatını qazanması üçün kifayət qədər fəal dəstək göstərməməsi olub.

Kilian Mbappe 2024-cü ildən “Real”ın formasını geyinir. O, Madrid klubunun heyətində 2024/2025-ci illər mövsümündə İspaniya Super Kubokunu və Qitələrarası kuboku qazanıb.

Fransalı futbolçu daha əvvəl “Monako” və PSJ-də çıxış edib. “Monako” ilə 2017-ci ildə Fransa çempionu olan Mbappe PSJ-nin heyətində isə 6 dəfə ölkə çempionluğu, 4 dəfə Fransa Kuboku və 3 dəfə Fransa Super Kubokunu qazanıb.

Mbappe Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci ildə isə dünya çempionatının gümüş medalını qazanıb. Onun dünya çempionatlarında 22 qolu var ki, bu da turnirin tarixində rekord göstəricidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: