Kilian Mbappe Xabi Alonsonu müdafiə etdi

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın baş məşqçisi, ispan mütəxəssis Xabi Alonsoya dəstəyini nümayiş etdirib.

Arena.az fransalı ulduzun müvafiq fikrini təqdim edir:

“Adamlar çox şey deyirlər. Biz məşqçimizi dəstəkləməliyik. Biz bir komanda olaraq özümüzü müdafiə etməli, həmçinin məşqçimiz və onun qərargahını müdafiə etməliyik”, deyə Kilian Mbappe vurğulayıb.

Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayında Almaniyanın “Bayer” klubundan ayrılaraq “Real”ın sükanı arxasına keçib. Onun Madrid klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xabi “Real”ı indiyə qədər 24 oyuna çıxarıb, 18 qələbə, 3 heç-heçə, 3 məğlubiyyət görüb.

Alonso daha öncə “Bayer”dən başqa “Real Sosyedad”ın da baş məşqçisi olub.

“Real” La Liqanın cari mövsümünün yarış cədvəlində 13 oyuna topladığı 32 xalla zirvədə qərarlaşıb. Komanda 10 qələbə qazanıb, 2 heç-heçə və 1 məğlubiyyət görüb. UEFA Çempionlar Liqasında isə madridlilərin 5 oyuna 4 qələbəsi, 1 məğlubiyyəti var. İspaniya nəhəngi 12 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: