Kim Min Jae rəsmən “Bayern”də! – “Napoli”nin qazancı bilindi

Futbol üzrə Cənubi Koreya yığmasının və İtaliyanın “Napoli” klubunun mərkəz müdafiəçisi Kim Min Jae Almaniya çempionu “Bayern”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

26 yaşlı futbolçu Münhen klubu ilə 5 illik sözləşməyə imza atıb. “Bayern” bu transfer üçün İtaliya çempionuna 50 milyon avro ödəyib. Halbuki, “Napoli” bu oyunçunu ötən ilin yayında Türkiyənin “Fənərbaxça” klubundan 18 milyon avroya transfer etmişdi.

2022-ci ilin iyulundan “Napoli”də çıxış edən Kim Min Jae bu komandada 45 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi də olub. O, “Fənərbaxça” (40 oyun, 1 qol), “Jeonbuk” (60 oyun, 3 qol, 1 assist), “Beijing Guoan” (59 oyun) kimi klublarda da forma geyinib. Müdafiəçi Cənubi Koreya yığmasında da 49 oyuna 3 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: