“Komo” 32 yaşlı ispan mərkəz hücumçusu Alvara Moratanı “Milan”dan icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı iyun ayının sonuna qədər qüvvədə olacaq.
İcarə müqaviləsi futbolçunu sonradan satınalma hüququnu ehtiva edir.
Alvaro Morata “Real”ın məzunudur. Hücumçu həmçinin “Yuventus”, “Çelsi”, Madrid “Atletiko”su, “Milan” və “Qalatasaray”da (icarə) çıxış edib.
Morata geridə qalmış mövsümün ilk yarısını “Milan”da, ikinci yarısını isə “Qalatasray”da icarə əsasında çıxış edib. Morata “rossoneri” üçün 25 oyuna, 6 qol və 2 məhsudlar ötürmə, Türkiyə nəhəngi üçün isə 16 oyuna 7 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
Alvaro Morata 2014-cü ilin mart ayıında debüt etdiyi İspaniya yığmasının heyətində 86 oyuna 37 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 32 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.



