Konkisürmə ulduzu alt paltarında fotosunu paylaşdı

Fiqurlu konkisürmə üzrə məşhur dünya və Avropa çempionu Yelizaveta Tuktamışeva cəsarətli fotoşəkli ilə gündəmə gəlib.

Arena.az xəbər verir ki, 2015-ci ilin dünya və Avropa çempionu, qadınlar arasında tək konkisürmə üzrə 2021-ci il dünya çempionatının gümüş mükafatçısı Yelizaveta Tuktamışeva öz sosial şəbəkə hesabı üzərindən evdə çəkdiyi fotoşəklini yayımlayıb.

“Sabah” kəlməsi ilə təcəssüm etdiyi şəkildə Yelizaveta alt paltarında göz oxşayır.

26 yaşlı Tuktamışeva Aleksey Mişinin yetirməsidir. Uğurlarına rəğmən, 2015-ci ilin dünya və Avropa çempionu 2021/2022 mövsümündə Rusiya çempionatında yeddinci yeri tutub. Bu üzdən də o, Avropa çempionatına və 2022-ci il Pekin Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib. 2023-cü ildə Krasnoyarskda keçirilən Rusiya çempionatında isə Tuktamışeva bürünc medal qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: