“Milan”ın baş məşqçisi Serjio Konseysao Çempionlar Liqasının 1/16 finalında “Feyenoord”a məğlubiyyəti şərh edib.
Arena.az məlumat verir ki, səfərdə 0:1 hesabı ilə məğlub olmuş “Milan”, evdə 1:1 hesablı heç-heçə ilə barışaraq, Çempionlar Liqasındakı mübarizəsinə xitam verib.
Konseysao matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Biz məyusuq, biz qəzəbliyik. Rotterdamda yaxşı oynmadıq, ancaq cavab oyununda qələbə qazanmaq niyyətində idik. Biz ikinci qolu demək olar ki, vurmuşduq, ancaq yekun nəticə bizim öz təqsirimizdir.
Bu, şəxsən mənim üçün ciddi zərbədir. Mən çoxlu səhvlər buraxdım. Mən bu məğluiyyətə görə məsulliyət daşıyıram. Biz həmçinin duyğusal səviyyədə güclü olmalı idik.
Biz daha bir qol vurmalı idik, amma sonra oyunun axarı dəyişdi. Biz daha yaxşı oynamaq istəyirdik, amma bacarmadıq”, – “Football Italia” dərgisi portuqal mütəxəssisdən sitat gətirir.
Cari mövsümün sonuna qədər “Çelsi”dən icarəyə götürülmüş “Milan”ın portuqal hücumçusu Joao Feliks də “rossoneri”nin UEFA Çempionlar Liqasından kənarlaşdırılmasını şərh edib:
“Hər şey bizim nəzarətimizdə idi və biz ikinci qolu da vurmağa çalışırdıq, amma sonra hər şey sərt bir şəkildə baş-ayaq oldu. Biz məyusuq”, deyə Joao Feliks bildirib.


