Konseysao “Latsio” ilə ev oyunundakı məğlubiyyəti şərh etdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya A Seriyasının 27-ci turunun “Latsio” ilə ev oyunundakı məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, “rossoneri” oyunun təzminat müddətində (90+8-ci dəqiqədə) penaltidən buraxdığı qolla “qartallar”a 1:2 hesabı ilə məğlub olub.

Konseysao matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Rəqib buyurub gəlir, qol vurur, sən yenə də çətin şərtlər qarşısında qalırsan. Komandam xasiyyətini nümayiş etdirdi, hətta azlıqda qalsaq belə, biz hesabı bərəbərləşdirdik. Sonra isə bizi qələbəyə daşıya biləcək məqamlar yaratdıq. Ardınca isə penalti oyunda nöqtəni qoydu.

Oyun hücum və müdafiə məqamlarından ibarətdir. Siz topa sahib olmama mərhələsində ikən, heç zaman təpkidən imtina etməməlisiniz. Biz tərəqqi etməyə çalışırıq, ancaq hər şey qarşılıqlı surətdə əlaqəlidir: əgər sən müdafiədə yaxşı oynayırsansa, sən həmçinin hücum mərhələsində də yaxşı oynayırsan və əksinə”.

Cari mövsümdə keçirdiyi 27 oyunda 41 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Latsio” isə 50 xalla 4-cü pillədədir.

İtaliya A Seriyasında 58 xalla “İnter” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: