Konseysao: “Yuventus”la oyuna başımız dik çıxmalıyıq”

“Milan”ın yeni baş məşqçisi Serjio Konseysao “Yuventus”la İtaliya Super Kubokunun yarımfinal oyunundan gözləntisini paylaşıb.

Arena.az “Football Italia” nəşrinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məndən daha çox hazırlıq vaxtı və bütün oyunçuların hazır olmasını istədiyimi soruşsanız, bunu “bəli”, deyə cavablayardım. Amma mən bunu əvvəlcədən bilirdim və burada heç bir bəhanə ola bilməz. Biz “Yuventus”la oyuna başımız dik çıxmalıyıq”, deyə Konseysao mübariz ruhda vurğulayıb.

Xatırladaq ki, “Yuventus” – “Milan” oyunu bu gün – yanvarın 3-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.
Əlavə edək ki, bu oyun Konseysaunun “rossoneri”nin sükanı arxasında ilk sınağı qismində əlamətdar olacaq.