AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Arena.az xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin “Torpedo” (Kutaisi, Gürcüstan) – “Sarayevo” (Bosniya və Herseqovina) matçında iş başında olacaq.
Belə ki, Könül Mehdiyeva Gürcüstanda baş tutacaq bu matçın UEFA nümayəndəsi təyin edilib.
Xatırladaq ki, “Torpedo” – “Sarayevo” oyunu iyulun 13-də Kutaisidə keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


