AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Arena.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət İsveçrə və İsveç yığmalarının Millətlər Liqasındakı oyununda UEFA nümayəndəsi olacaq.
İsveçrə – İsveç matçı dekabrın 1-də Lütsern şəhərində baş tutacaq.

Könül Mehdiyeva ilə yanaşı, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva da UEFA-dan yeni təyinat alıb. Ağayeva da bu turnirdəki Serbiya – Ukrayna görüşündə eyni vəzifəni yerinə yetirəcək.
Bu matç dekabrın 5-də Stara-Pazova şəhərində təşkil olunacaq.



