İngiltərənin “Tottenhem” klubunun mərkəz müdafiəçisi Kristian Romero bundan sonra “Atletiko”nun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya klubu Argentina millisinin də üzvü olan mərkəz müdafiəçisi ilə 5 illik müqavilə bağlayıb. “Atletiko” bu transfer üçün “Tottenhem”ə 40 milyon avro ödəyib.
Xatırladaq ki, Kristian Romero “Tottenhem”ə 2021-ci ilin avqust ayında İtaliyanın “Atalanta” klubundan gəlmişdi. O, London klubunda bütövlükdə 158 oyuna çıxıb, 13 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.
Romero daha öncə “Atalanta”, “Belqrano” və “Cenoa”da da oynayıb.
Kristian Romero 2021-ci ilin iyun ayında debüt etdiyi Argentina yığmasında meydana çıxdığı 58 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, millinin heyətində bir dəfə dünya çempioni olub (DÇ-2022), iki dəfə (2020/2021 və 2023/2024) Amerika Kubokunu qazanıb.
“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


