Kristian Volpato kokain testində ilişdi

İtaliyanın “Sassuolo” klubunun və Avstraliya millisinin yarımmüdafiəçisi Kristian Volpato kokain istifadəsinə görə müsbət test nəticəsi verib.

Arena.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 22 yaşlı futbolçu Sidneydə sürət həddini aşdığı üçün iki dəfə polis tərəfindən saxlanılıb. İlk yoxlama zamanı alkoqol testindən uğurla keçən Volpatoda heç bir qanun pozuntusu aşkarlanmayıb. Lakin təxminən iki saat sonra o, yenidən saxlanılıb və aparılan yoxlama zamanı orqanizmində kokain olduğu müəyyən edilib.

Kristian Volpato 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilmiş dünya çempionatında Avstraliya millisinin heyətində çıxış edib. O, turnirdə 3 oyunda meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: