Kristiano Piççini İbitsada tətildə olarkən qarət edildi

“Sampdoriya”nın italyan müdafiəçisi Kristiano Piççini, bu həftə İbitsada tətildə ikən iki həmvətəninin hücumuna məruz qaldığını bildirib.

Arena.az məlumat verir ki, Piççini qərət edildiyini və quldurların onun saatını apardığını açıqlayıb:

“Hər kəsə salam. Bunun qarşısının alınması və bu gün mənim başıma gələnlər sizin başınıza gəlməsin deyə, yazıram. Mən Marina-di-Botafoç boyunca, “Ibiza Gran” oteli ilə üzbəüz gəzirdim və 15:15-də iki nəfər, italyanlar tərəfindən hücuma məruz qaldım, amma onların ləhcəsinə görə, neapolitan olduğuna əminəm. Arxadan mənə hücum edib saatımı aldılar, mən tez qarşılıq verdim və motosikletə minmiş oğrunun yanına qaça bildim. Onun “dostu” arvadımı yıxmağa çalışdı, sonra isə onun şərikini buraxmağım üçün məni aşırmağa cəhd etdi.

Saatımı geri ala bilmədim. Ən əsası odur ki, ailəm və mən yaxşıyıq, heç bir cızığımız belə, yoxdur. Amma məni ən çox qıcıqlandıran odur ki, mənim məskənim olan bu ada uşaq olub-olmamasına əhəmiyyət verməyən, ixtiyari şəraitdə özlərini nəzarətsiz və vicdansız aparan bu əclaflarla doludur. Hələ, oğurluğun şahidi olub kömək etməyə can atmayanları demirəm. Əgər İbitsaya gəlmək niyyətindəsinizsə, nə geyindiyinizə diqqət edin, indiki vaxtda özümüzü heç bir yerdə rahat hiss edə bilmirik”, – Kristiano Piççini özünün sosial şəbəkə hesabları üzərindən dərc edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: