“Əl-Nəsr”in portuqal superulduzu Kristiano Ronaldo “Forbes” biznes jurnalına görə 2023-cü ildə dünyanın ən çox maaş alan futbolçusudur.
Arena.az məlumat verir ki, 38 yaşlı hücumçu təqribən 260 milyon dollar qazanıb.
Bunun da 200 milyon dolları idmanla bağlı gəlirlər, qalan 60 milyon dolları isə reklam müqavilələrindən əldə olunub.
Siyahıda 2-ci yerdə argentinalı hücumçu, “İnter Mayami”nin superulduzu Lionel Messi qərarlaşıb. “Leo”nun 2023-cü il üçün 135 milyon dollar gəliri var. Bunun 65 milyon dolları əmək haqqı, qalanı isə reklam müqavilələridir.
3-cü pillədə “Əl-Hilal”ın braziliyalı superulduzu Neymar yer alıb. Braziliyalı hücumçu 112 milyon dollar qazanıb. “Ney” 80 milyon dolları əməkhaqqından, 32 milyon dolları isə müqavilələrdən əldə edib.
Siyahının ilk onluğuna daxil olan futbolçular bunlardır:
- Kristiano Ronaldo (“Əl-Nəsr”) – 260 milyon dollar (maaş – 200 milyon);
- Lionel Messi (“İnter Mayami”) – 135 milyon dollar (maaş – 65 milyon dollar);
- Neymar (“Əl-Hilal”) – 112 milyon dollar (maaş – 80 milyon dollar);
- Kilian Mbappe (PSJ) – 110 milyon dollar (maaş – 90 milyon dollar);
- Kərim Benzema (“Əl-İttihad”) – 106 milyon dollar (maaş – 100 milyon dollar);
- Erlinq Haland (“Mançester Siti”) – 58 milyon dollar (maaş – 46 milyon dollar);
- Məhəmməd Salah (“Liverpul”) – 53 milyon dollar (maaş – 35 milyon dollar);
- Sadio Mane (“Əl-Nəsr”) – 52 milyon dollar (maaş – 48 milyon dollar);
- Kevin De Bröyne (“Mançester Siti”) – 39 milyon dollar (maaş – 35 milyon dollar);
- Harri Keyn (“Bayern”) – 36 milyon dollar (maaş – 26 milyon dollar).


