Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo komandanın baş məşqçisi Jorje Jezusun ona verdiyi sözə iki dəfə əməl etmədiyini açıqlayıb.
Arena.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə “X” hesabında yayımlanan açıqlamasında danışıb.
Ronaldo bildirib ki, Norveçlə oyundan əvvəl baş məşqçi ondan meydana çıxmağa hazır olmasını istəyib. Futbolçunun sözlərinə görə, əvvəlcədən müəyyənləşdirilmiş hazırlıq planında həmin görüşdə oynamaması nəzərdə tutulsa da, Jorje Jezus ona 30 dəqiqə meydana çıxacağını deyib:
“Fasilədən sonra isinirdim, dəqiqələrin necə keçdiyini izləyirdim, lakin məni meydana çağırmadılar. Məşqçi mənə verdiyi sözə əməl etmədi”, – Ronaldo deyib.
Portuqaliyalı ulduz daha sonra məşqçi ilə görüş keçirdiklərini və Jorje Jezusun mətbuat konfransında həqiqəti açıqlaması barədə razılığa gəldiklərini bildirib. Lakin onun sözlərinə görə, məşqçinin keçirdiyi mətbuat konfransı razılaşdıqları kimi olmayıb.
Ronaldo bu səbəbdən milli komandanın düşərgəsini tərk etdiyini açıqlayıb. O, buna baxmayaraq, Portuqaliya millisindəki karyerasını bitirmək niyyətində olmadığını vurğulayıb.
Kristiano Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə Avropa çempionatının və 2 dəfə UEFA Millətlər Liqasının qalibi olub. O, milli komandalar tarixində, Avropa çempionatlarında və UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçudur. Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.


