“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo özünün sosial şəbəkə hesabı üzərindən yeni şəklini paylaşıb.
Arena.az məlumat verir “Kriş” şəkildə özünün qurşaqdan yuxarı mükəmməl fiziki formasını təbəssümlə nümayiş etdirib.
Portuqal ulduz şəklini ərəbcə “Xeyir-duaya görə minnətdaram” ifadəsi ilə şərh edib. O, tez-tez belə fotoları ilə fiziki formasını nümayiş etdirir.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal hücumçu ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayına qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 24 qol vurub, 11 məhsuldar verib.
Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 20 qol.
Portuqaliyalı futbolçu daha öncə “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” kimi klublarda da forma geyinib. O, bu klublarla da çoxsaylı titullar qazanıb, müxtəlif rekordlara imza atıb.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqustunda debüt etdiyi Portuqaliya yığmasında 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığmanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.



