Kristiano Ronaldo unikal göstərici ilə Lionel Messidən öndə

Səudiyyə Ərəbistanı Liqasının 4-cü turunun “Əl-İttifaq”la səfər oyunu “Əl-Nəsr”in portuqaliyalı ulduzu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, komandasının 3:0 hesablı qələbəyə sevindiyi oyunda Ronaldo maraqlı göstərici ilə yadda qalıb.

Belə ki, 39 yaşlı hücumçu 33-cü dəqiqədə penaltidən sonra hesabı açıb. Bununla da Kristiano “Əl-Nəsr”in heyətində yerinə yetirdiyi 16 penaltidən hər birində dəqiq olmağı bacarıb.

Ümumilikdə isə bu Ronaldonun karyerasında 195-ci penalti zərbəsi olub. O, bunların 165-ni qola çevirib.

Digər futbol ulduzu – argentinalı Lionel Messi isə karyerası boyu 140 penaltidən 109-da dəqiq olub. Ronaldo 30, Lionel isə 31 dəfə 11 metrlik cərimə zərbəsində fərqlənə bilməyib.

Yeri gəlmişkən, Ronaldo bu oyunda daha bir unukal göstərici ilə yadda qalıb. O, karyerasında vurduğu qolların sayını 902-ə çatdırıb.

Qeyd edək ki, Ronaldo 900 qol həddini aşan ilk futbolçudur.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən çox qol vuran futbolçuların siyahısını təqdim edib. Cədvəldə 840 qolla Lionel Messi ikinci, avstraliyalı Alf Quill 778 qolla 3-cüdür.

Krayerasını davam etdirən oyunçulardan bu siyahıda Robert Levandovski 635 qolla 8-ci, Luis Suares 579 qolla 12-cidir.

Tarix boyu ən çox qol vuran futbolçuların ilk “10-luğ”u isə belədir.

  1. Kristiano Ronaldo – 902 qol
  2. Lionel Messi – 840
  3. Alf Quill – 778
  4. Pele -762
  5. Romario – 756
  6. Ferents Puşkaş – 725
  7. Cimmi Cons – 639
  8. Robert Levandovski – 635
  9. Gerd Müller – 634
  10. Joe Bambrik – 626
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: