Kristof Qaltye irqi ayrı-seçkilik ittihamı üzrə bəraət aldı

PSJ-nin keçmiş baş məşqçisi, Qətərin “Əl-Duhail” komandasını çalışdıran Kristof Qaltye irqi ayrı-seçkilik ittihamı üzrə işdə bəraət alıb.

Arena.az bu barədə “Footmercato” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, daha əvvəl “Nitsa”nın videotəhlilçisi Qaltyenin əleyhinə ifadə verərək, keçmiş məşqçinin futbolçuları “Kinq Konq”lar adlandırdığını bildirmişdi.

Mənbənin məlumatına görə, Nitsa məhkəməsi hər iki maddə üzrə 57 yaşlı mütəxəssisə tam bəraət verib. İddia edilən cinayətlərin heç birinin zəruri sübut əsası yox idi. İlkin məlumatlara görə, məhkəmədən əvvəl, Qaltye təqsirinin sübuta yetiriləcəyi halda 3 ilə qədər həbs cəzası, həmçinin 45 min avro məbləğində cərimə cəzası ilə üz-üzə olub.

Xatırladaq ki, Kristof Qaltye ötən mövsüm PSJ-ni çalışdırırdı. Fransız mütəxəssis komandanı Liqa 1-də və Fransa Super Kubokunda qalibiyyətə çatdırsa da, mövsümün sonunda postundan ayrılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: