Almaniyalı futbolçular Toni Kroos, Mats Hummels və Bastian Şvaynştayqer “bundestim”in dünya çempionu olmasına münasibət bildiriblər.
Arena.az xəbər verir ki, adıçəkilənlər öz duyğularını sosial şəbəkə hesabları üzərindən paylaşıblar:
“Bu, sərsəmlikdir! Mən fəxr edirəm!,” – Kroos yazıb.
“Dünya çempionları! İnanılmaz nailiyyət!” – Şvaynştayger yazıb.
“Almaniya dünya çempionudur!” – Hummels yazıb.
Almaniya basketbolunun əfsanəsi Dirk Novitski də yığma komandanı təbrik edib:
“Dünya çempionları! İnanılmaz! Necə bir komanda!” – Novitski yazıb.
Vurğulayaq ki, Almaniyanın basketbol üzrə yığma komandası tarixində ilk dəfə dünya çempionu olub. Buna qədər Almaniya yığması cəmi bir dəfə – 2002-ci il çempionatında bürünc medal qazanmışdı.
Xatırladaq ki, sentyabrın 10-da Almaniya milli komandası 2023 FIBA Dünya Kubokunun finalında Serbiya kollektivini 83:77 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.


