Kukurelya imicini dəyişəcək – AÇ-2024-ü qazansalar…

İspaniya yığmasının müdafiəçisi Mark Kukurelya komandasının AÇ-2024-ü qazanacağı halda qeyri-adi vədinə əməl edəcəyini bildirib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Kukurelyanın nə hoqqa çıxarmaq fikrində olduğunu təqdim edir:

“Saçlarımı qırmızıya boyayacağam. Qalib gəlsək, bunu edəcəyəm. Qırmızı saçlarla finalda oynaya bilmərəm, ona görə də əvvəlcədən boyanmadım. Mən bunu etməliyəm, amma onları su pərisinin saçları kimi göstərməyəcək şəkildə etməliyəm. Bir şey fikirləşəcəyəm”, deyə Kukurelya bildirib.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: