“Real”ın belçikalı əsas qapıçısı Tibo Kurtua komandanın keçmiş baş məşqçisi ilə hazırkı çalışdırıcısı arasındakı fərqdən söhbət açıb.
Arena.az belçikalı qapıçının müvafiq fikrini təqdim edir:
“Karlo Ançelotti bizim üçün ata kimi idi, Xabi Alonso ilə isə hər şey fərqlidir. Amma onların hər ikisi yaxşı məşqçidir və bizim, Karlo üçün darıxmağımızı deməyimiz, Alonsoya münasibətdə hörmətsiz olardı”, deyə təcrübəli qolkiper vurğulayıb.
Kurtua hal-hazırda dünyanın üç ən yaxşı qapıçısı ilə bağlı qənaətini də açıqlayıb:
“Məni bir kənara qoyaq. Yan Oblak – üçüncü, ardınca Alisson Bekker və David Rayya”, deyə Kurtua vurğulayıb.
“Real”ın hazırkı baş məşqçisi Xabi Alonso da “qaymaqlılar”ın belçikalı əsas qapıçısı barədə fikirlərini paylaşıb:
“Son mövsümlərdə ən vacib məqamlarda Kurtua yaddaqalan qurtarışlar edib. Məsələ onun ancaq səviyyəsində deyil, həmçinin onun öz əminliyini necə ötürməsindədir. O, bizim, məsuliyyəti öz üzərinə götürmək istəyən dayağımızdır”, deyə Alonso vurğulayıb.


