İspaniya nəhəngi “Real”ın 33 yaşlı belçikalı əsas qapıçısı Tibo Kurtua klublararsı dünya çempionatından söhbət açıb.
Arena.az AS dərgisinə istinadən, belçikalı qapıçının müvafiq fikrini təqdim edir:
“Ümidvaram ki, orada çoxlu azarkeş və müxtəlif mədəniyyətlərin təmsilçiləri olacaqlar. Adətən idmanın bu növünü ABŞ-da sevirlər, elə, biz də hər il yayda orada yoldaşlıq oyunları keçiririk. Mən ümid edirəm ki, onlar klublararası dünya çempionatına və növbəti mövsümdə baş tutacaq dünya çempionatına şövq qatacaqlar. Bunun səbirsizliklə intizarındayam. Mövsümöncəsi oyunlarımıza nə qədər azarkeşin gəlməsini görmək həmişə xoşdur. Ümidvaram, klublararası dünya çempionatında “Real”ın Şimali Amerikadan olan çoxlu azarkeşi olacaq, bu, çox şən olacaq”, deyə Kurtua vurğulayıb.
Xatırladaq ki, 2025-ci il FIFA Klub Dünya Kuboku 14 iyun – 13 iyul tarixlərini əhatə edəcək. “Real” 32 komandanın iştirak edəcəyi yarışa “H” qrupunda başlayacaq. “Qaymaqlılar”ın rəqibləri “Əl-Hilal”, “Paçuka” və “Zalsburq” olacaqlar.


