La Liqa: 2023/2024 mövsümünün püşkü atıldı

İyunun 22-də Madriddə futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün püşkatma mərasimi təşkil olunub.

Arena.az xəbər verir ki, püşkə əsasən son ölkə çempionu “Barselona” yeni mövsümə səfərdə “Xetafe”yə qarşı keçirəcəyi oyunla start verəcək.

La Liqanın digər nəhəngi “Real” isə ilk turda “Atletik”in qonağı olacaq.

İspaniya çempionatında yeni mövsümə avqustun 12-13-də start veriləcək. Son turun qarşılaşmaları isə 2024-cü ilin mayın 26-na təsadüf edəcək.

Püşk nəticəsində “el klasiko”ların da tarixləri müəyyənləşib. Belə ki, “Real”la “Barselona” arasındakı ilk qarşılaşma 11-ci tura təsadüf edəcək. Bu görüş oktyabrın 29-da Kataloniyada keçiriləcək. Madriddəki “el klasiko” isə 32-ci turda, 2024-cü ilin 21 aprelində baş tutacaq.

Maraq üçün qeyd edək ki, son çempion “Barselona” qarşıdakı mövsümdə ev oyunlarını “Nou Kamp”da keçirməyəcək. Buna klubun sözügedən arenanı təmirə bağlamasıdır. Kataloniya təmsilçisi arenadakı yenidənqurma işləri üçün 1,5 milyard avro ayırıb. Bu üzdən də “Barsa”nın 2023/2024 mövsümündəki ev oyunları “Olimpiya” stadionunda baş tutacaq.

İspaniya, La Liqa
1-ci tur
12/13 avqust

Almeriya – Rayo Valyekano
Atletik – Real
Atletiko – Qranada
Selta – Osasuna
Sevilya – Valensiya
Las Palmas – Malyorka
Xetafe – Barselona
Vilyarreal – Betis
Real Sosyedad – Jirona
Kadis – Alaves

Xəbəri sosial şəbəkələrdə paylaş: