La Liqa: “Alaves” “Valyadolid”ə evdə uduzdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Alaves” ilə “Valyadolid” komandaları qarşılaşıblar. Beş qolun qeydə alındığı görüş qonaqların çətin qələbəsiylə yekunlaşıb.

10-cu tura oktyabrın 21-də yekun vurulacaq.

İspaniya, La Liqa
10-cu tur
18 oktyabr

Alaves – Valyadolid 2:3
Qollar: T.Martines, 6. K.Qarsiya, 90+7 – Silla, 17. Amallah, 72-pen. Anuar, 76.

19 oktyabr

16:00. Atletik – Espanyol
18:15. Osasuna – Betis
20:30. Jirona – Real Sosyedad
23:00. Selta – Real

20 oktyabr

16:00. Malyorka – Rayo Valyekano
18:15. Atletiko – Leqanes
20:30. Vilyarreal – Xetafe
23:00. Barselona – Sevilya

21 oktyabr

23:00. Valensiya – Las Palmas

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: