La Liqa: “Atletik” evdə autsayderə 3 cavabsız qol vurdu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda Bilbao “Atletiki”i doğma meydanda “Almeriya”nı qəbul edib. Qələbəyə həsrət olan və sonuncu pillədə qərarlaşmış “Almeriya” bu oyunda da darmadağına üzülüb.

9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İspaniya, La Liqa
9-cu tur
6 oktyabr

Atletik – Almeriya 3:0
Qollar: Quruseta, 10. D.Qarsiya, 63. Sanset, 81.

7 oktyabr

16:00. Kadis – Jirona
18:15. Real – Osasuna
20:00. Malyorka – Valensiya
23:00. Sevilya – Rayo Valyekano

8 oktyabr

16:00. Vilyarreal – Las Palmas
18:15. Atletiko – Real Sosyedad
20:30. Alaves – Betis
20:30. Selta – Xetafe
23:00. Qranada – Barselona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: