La Liqa: “Atletik”dən “Alaves” üzərində inamlı qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 6-cı turun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Alaves” “Atletik”i qəbul edib. Bu oyunda qonaqlar 2 cavabsız qolla qalib gəliblər.

6-cı turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İspaniya, La Liqa
6-cı tur
22 sentyabr

Alaves – Atletik 0:2
Qollar: İ.Uilyams, 18. Sanset, 76.

23 sentyabr

16:00. Jirona – Malyorka
18:15. Osasuna – Sevilya
20:30. Barselona – Selta
23:00. Almeriya – Valensiya

24 sentyabr

16:00. Real Sosyedad – Xetage
18:15. Rayo Valyekano – Vilyarreal
20:30. Betis – Kadis
20:30. Las Palmas – Qranada
23:00. Atletiko – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: