La Liqa: “Atletik”lə “Atletiko” səfərdə 3 xala sevindi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 3-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Səfərdə “Kadis”lə qarşılaşan “Atletik” 4 cavabsız qola sevinib. “Valensiya” isə evdə Madrid “Atletiko”su ilə qarşılaşıb. Bu oyunda da qələbəni qonaqlar bayram ediblər.

3 turdan sonra yalnız iki komanda maksimum nəticə ilə irəliləyir – “Real” və “Betis”. “Barselona”, “Vilyarreal” və “Atletik”in 7 xalı var. “Atletiko”, “Osasuna” və “Real Sosyedad” isə geridə qalan 3 oyunda 6 xal toplayıb.

İspaniya La Liqası
3-cü tur
26 avqust

Jirona – Selta 0:1
Qol: Aspas, 49.

Betis – Osasuna 1:0
Qol: B.İqlesias, 34.

27 avqust

Elçe – Real Sosyedad 0:1
Qol: B.Mendes, 20.

Rayo Valyekano – Malyorka 0:2
Qol: Muriqi, 14. Li Kanq, 64.

Almeriya – Sevilya 2:1
Qol: Ramazani, 42. U.Sadiq, 55 – O.Torres, 30.

28 avqust

Xetafe – Vilyarreal 0:0

Barselona – Valyadolid 4:0
Qol: Levandovski, 24; 64. Pedri, 43. S.Roberto, 90+2.

Espanyol – Real 1:3
Qol: Xoselu, 43 – V.Junior, 12. Benzema, 88; 90+10.

29 avqust

Kadis – Atletik 0:4
Qol: Uilyams, 24. Quruseta, 56; 90+3. Berenger, 78.

Valensiya – Atletiko (Madrid) 0:1
Qol: Qrizmann, 66.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: