Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
“Xetafe” – “Valensiya” oyununda qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Leqanes” “Selta”nı doğma meydanda 3 cavabsız qolla məğlub edib. “Real Sosyedad” – “Osasuna” matçında isə qonaqlar qələbə qazanıblar.
Madrid “Atletiko”su bu turda “Betis”in qonağı olub. Paytaxt təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb.
11-ci tura oktyabrın 28-də keçiriləcək “Malyorka” – “Atletik” oyunu ilə yekun vurulacaq.
İspaniya, La Liqa
11-ci tur
25 oktyabr
Espanyol – Sevilya 0:2
Qollar: Lukebakio, 20; 45.
26 oktyabr
Valyadolid – Vilyarreal 1:2
Qollar: Silla, 60-pen – Barri, 29. A.Peres, 84.
Rayo Valyekano – Alaves 1:0
Qol: Sivera, 80-öz qapısına.
Las Palmas – Jirona 1:0
Qol: Munyos, 42.
Real – Barselona 0:4
Qollar: Levandovski, 54; 56. Yamal, 77. Rafinya, 84.
27 oktyabr
Leqanes – Selta 3:0
Qollar: D.Qarsiya, 59. Braşanaç, 78. S.Qonsales, 82.
Xetafe – Valensiya 1:1
Qollar: Arambarri, 90-pen – Barreneçea, 36.
Betis – Atletiko 1:0
Qol: Ximenes, 4-öz qapısına.
Real Sosyedad – Osasuna 0:2
Qollar: Torro, 23. Budimir, 34.
28 oktyabr
00:00. Malyorka – Atletik


