Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 7-ci turunun son oyunları keçirilib.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Selta” – “Alaves” və “Qranada” – “Betis” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Osasuna” ilə qarşılaşan Madrid “Atletiko”su isə turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, 7 turdan sonra sürpriz lider var. 19 xal toplamış “Jirona” zirvədə qərarlaşıb. “Real” 18 xalla ikinci, “Barselona” 17 xalla üçüncüdür. “Atletik” 14, “Atletiko” 13, “Real Sosyedad” 12, “Rayo Valyekano” 11, “Valensiya” 10, “Kadis”lə “Betis” 9, “Xetafe” 8 xal toplayıb. “Sevilya”, “Vilyarreal”, “Osasuna” və “Alaves” isə 7 tur ərzində 7 xal əldə ediblər.
İspaniya, La Liqa
7-ci tur
26 sentyabr
Sevilya – Almeriya 5:1
Qollar: En Nesiri, 7. Lukebakio, 8. Suso, 38. Lamela, 51. Salas, 90+2 – L.Suares, 71-pen.
Malyorka – Barselona 2:2
Qollar: Muriqi, 8. Prats, 45+3 – Rafinya, 41. F.Lopes, 75.
27 sentyabr
Atletik – Xetafe 2:2
Qollar: Berçiçe, 6. İ.Uilyams, 62 – Alvares, 51. Latasa, 83.
Real – Las Palmas 2:0
Qollar: B.Dias, 45+3. Xoselu, 54.
Vilyarreal – Jirona 1:2
Qollar: Parexo, 49-pen – Dovbik, 56. E.Qarsiya, 61.
Kadis – Rayo Valyekano 0:0
Valensiya – Real Sosyedad 0:1
Qol: K.Fernandes, 32.
28 sentyabr
Selta – Alaves 1:1
Qollar: Marin, 35-öz qapısına – Samu, 73.
Qranada – Betis 1:1
Qollar: Boye, 67 – Diao, 51.
Osasuna – Atletiko (Madrid) 0:2
Qollar: Qrizman, 20. Rikelme, 81.


