Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, 2024-cü ilin sonuncu turunun ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Selta” doğma meydanda qarşılaşdığı “Real Sosyedad”ı 2 cavabsız qolla üstələyib. “Xetafe” isə “Malyorka” ilə ev oyununda minimal hesabla məğlub olub. Üç qolun qeydə alındığı “Osasuna” – “Atletik” görüşü də qonaqların qələbəsiylə yekunlaşıb.
Turun mərkəzi görüşündə eyni xala (38) malik iki komanda – “Barselona” və “Atletiko” üz-üzə gəlib. Görüşdə hesabı meydan sahibləri açsa da, ikinci hissədə iki qol vurmağa nail olan Madrid klubu Kataloniyadan əzmkar qələbə ilə qayıdıb.
Hazırda 18 oyuna 41 xalı olan “Atletiko” vahid liderdir. 19 oyuna 38 xal toplamış “Barselona” isə ikinci pillədə yer alır. Hazırda 17 oyuna 37 xalla 3-cü olan “Real” da ilin son turunda qalib gəlsə, əzəli rəqibi “Barsa”nı turnir cədvəlində geridə qoymuş olacaq.
Qeyd edək ki, 18-ci turun qalan oyunları bazar gününə təsadüf edəcək.
İspaniya, La Liqa
18-ci tur
20 dekabr
Jirona – Valyadolid 3:0
Qollar: D.Lopes, 31. A.Ruis, 39. Danjuma, 81.
21 dekabr
Xetafe – Malyorka 0:1
Qol: Larin, 53-pen.
Selta – Real Sosyedad 2:0
Qollar: P.Duran, 40; 45+1.
Osasuna – Atletik 1:2
Qollar: Torro, 25 – Quruseta, 31. Berencer, 74.
Barselona – Atletiko 1:2
Qollar: Pedri, 30. De Paul, 60. Sörlot, 90+6.
22 dekabr
17:00. Valensiya – Alaves
19:15. Real – Sevilya
21:30. Las Palmas – Espanyol
21:30. Leqanes – Vilyarreal
00:00. Betis – Rayo Valyekano


