La Liqa: “Barselona” xal itirdi, “Sevilya” darmadağına sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Mövsümə çox uğursuz başlamış “Sevilya” bu dəfə doğma meydanda “Almeriya” ilə qarşılaşıb. Sevilyalılar bu görüşdə darmadağına seviniblər.

Günün digər matçı son çempion “Barselona” ilə “Malyorka” arasında baş tutub. Kataloniya təmsilçisi iki dəfə məğlub duruma düşdüyü bu qarşılaşmadan 1 xalla ayrılıb.

7-ci turun qalan görüşləri sentyabrın 27-də və 28-də keçiriləcək.

İspaniya, La Liqa
7-ci tur
26 sentyabr

Sevilya – Almeriya 5:1
Qollar: En Nesiri, 7. Lukebakio, 8. Suso, 38. Lamela, 51. Salas, 90+2 – L.Suares, 71-pen.

Malyorka – Barselona 2:2
Qollar: Muriqi, 8. Prats, 45+3 – Rafinya, 41. F.Lopes, 75.

27 sentyabr

21:00. Atletik – Xetafe
21:00. Real – Las Palmas
21:00. Vilyarreal – Jirona
23:30. Kadis – Rayo Valyekano
23:30. Valensiya – Real Sosyedad

28 sentyabr

21:00. Selta – Alaves
21:00. Qranada – Betis
23:30. Osasuna – Atletiko (Madrid)

Xəbəri sosial şəbəkələrdə paylaş: