Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk turun üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
“Selta” evdə “Osasuna”ya, “Vilyarreal” isə “Betis”ə məğlub olub. Son çempion “Barselona” isə səfərdə “Xetafe” ilə qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
İlk turun qalan oyunları avqustun 14-də keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
11 avqust
Almeriya – Rayo Valyekano 0:2
Qollar: Palason, 20-pen. Nteka, 28-pen.
Sevilya – Valensiya 1:2
Qollar: En Nesiri, 70 – Diakabi, 60. Gerra, 89.
12 avqust
Real Sosyedad – Jirona 1:1
Qollar: Kubo, 5 – Dovbik, 72.
Las Palmas – Malyorka 1:1
Qollar: Viera, 29 – Rayllo, 70.
Atletik – Real 0:2
Qollar: Rodriqo, 28. Bellingem, 36.
13 avqust
Selta – Osasuna 0:2
Qollar: R.Qarsiya, 24. M.Qomes, 74.
Vilyarreal – Betis 1:2
Qollar: Kuenka, 61 – A.Peres, 20. V.Xose, 90+5.
Xetafe – Barselona 0:0
14 avqust
21:30. Kadis – Alaves
23:30. Atletiko – Qranada


