La Liqa: “Barselona”dan inamlı qələbə, “Atletiko”dan xal itkisi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.

“Jirona” doğma meydanda “Xetafe”ni 3 cavabsız qolla məğlub edib. “Barselona” “Kadis”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Səfərdə “Betis”lə qarşılaşan Madrid “Atletiko”su isə turu 1 xalla başa vurub.

İspaniya, La Liqa
2-ci tur
18 avqust

Malyorka – Vilyarreal 0:1
Qol: Moreno, 62.

Valensiya – Las Palmas 1:0
Qol: Pepelu, 74-pen.

19 avqust

Real Sosyedad – Selta 1:1
Qollar: Barreneçea, 22 – Minqesa, 90+4.

Almeriya – Real 1:3
Qollar: Arribas, 3 – Bellingem, 19; 60. Vinisius, 73.

Osasuna – Atletik 0:2
Qollar: İ.Uilyams, 11. Quruseta, 20.

20 avqust

Jirona – Xetafe 3:0
Qollar: Herrera, 12. Stuani, 55; 65.

Barselona – Kadis 2:0
Qollar: Pedri, 82. F.Torres, 90+4.

Betis – Atletiko 0:0

21 avqust

21:00. Alaves – Sevilya
23:30. Qranada – Rayo Valyekano

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: