Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha beş qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Vilyarreal” – “Las Palmas” oyunu qonaqların qələbəsiylə yekunlaşıb. “Atletiko” isə evdə “Real Sosyedad” üzərində qələbəyə sevinib.
“Alaves” – “Betis” matçında tərəflər hərəyə 1 qol və 1 xal əldə ediblər. Dörd qolluq “Selta” – “Xetafe” matçında da qalib müəyyənləşməyib.
Son çempion “Barselona” da səfərdə “Qranada” ilə qarşılaşıb. Kataloniya təmsilçisi matçın əvvəlindəcə 2 qol buraxdığı bu oyundan əzmkar heç-heçə ilə ayrılıb.
Beləliklə, 9 turdan sonra 24 xala malik “Real” vahid liderdir. “Jirona” 22 xalla ikinci, “Barselona” 21 xalla üçüncüdür. “Atletiko” 19, “Atletik” 17, “Real Sosyedad” 15 xal toplayıb.
İspaniya, La Liqa
9-cu tur
6 oktyabr
Atletik – Almeriya 3:0
Qollar: Quruseta, 10. D.Qarsiya, 63. Sanset, 81.
7 oktyabr
Kadis – Jirona 0:1
Qol: A.Qarsiya, 59.
Real – Osasuna 4:0
Qollar: Bellingem, 9; 54. Vinisius, 65. Xoselu, 70.
Malyorka – Valensiya 1:1
Qollar: D.Rodriqes, 5 – D.Lopes, 45+3.
Sevilya – Rayo Valyekano 2:2
Qollar: Sou, 50. Ən-Nəsiri, 90+6 – Valentin, 21. A.Qarsiya, 26.
8 oktyabr
Vilyarreal – Las Palmas 1:2
Qollar: Moreno, 90+2 – Koko, 45+2. Kardona, 51.
Atletiko – Real Sosyedad 2:1
Qollar: Lino, 22. Qrizmann, 89-pen – Oyarzabal, 73.
Alaves – Betis 1:1
Qollar: Belyerin, 35-öz qapısına – A.Peres, 32.
Selta – Xetafe 2:2
Qollar: Bamba, 24. Larsen, 43 – Mayoral, 2. Qrinvud, 33.
Qranada – Barselona 2:2
Qollar: Saraqosa, 1; 29 – Yamal, 45+1. S.Roberto, 85.


