La Liqa: “Las Palmas” “Selta”nı xalsız yola saldı

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Las Palmas” və “Selta” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Beləliklə, 8 turdan sonra 21 xala malik Madrid “Real”ı vahid liderdir. “Barselona” 20 xalla ikinci, “Jirona” 19 xalla üçüncü pillədə qərarlaşıb. Madrid “Atletiko”sunun 16, “Real Sosyedad”ın 15, Bilbao “Atletik”inin 14, “Betis” və “Rayo Valyekano”nun 12, “Valensiya” və “Osasuna”nın 10, “Xetafe” və “Kadis”in 9 xalı var.

İspaniya, La Liqa
8-ci tur
29 sentyabr

Barselona – Sevilya 1:0
Qol: S.Ramos, 76-öz qapısına.

30 sentyabr

Xetafe – Vilyarreal 0:0

Rayo Valyekano – Malyorka 2:2
Qollar: Qarsiya, 4. Falkao, 90+12-pen – Muriqi, 44. A.Sançes, 59.

Jirona – Real 0:3
Qollar: Xoselu, 17. Tçuameni, 21. Bellingem, 71.

Real Sosyedad – Atletik 3:0
Qollar: Le Normand, 30. Kubo, 48. Oyarzabal, 66.

1 oktyabr

Almeriya – Qranada 3:3
Qollar: L.Suares, 41; 44; 45+1 – Saraqosa, 66-pen. R.Sançes, 70. Uzuni, 86.

Alaves – Osasuna 0:2
Qollar: Arnaiz, 36. Budimir, 90.

Atletiko – Kadis 3:2
Qollar: Korrea, 32; 66. Molina, 46 – L.Pires, 2. Marti, 27.

Betis – Valensiya 3:0
Qollar: Diao, 41. Roka, 52. Ezzalzuli, 85.

2 oktyabr

Las Palmas – Selta 2:1
Qollar: Viera, 84-pen. Kardona, 90+7 – Douvikas, 67.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: